Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Laçın” İstirahət Kompleksi eyni vaxtda 324 qonaq qəbul edə biləcək

29.05.2025 [16:26]

Xəbərin mətni

Dağ zirvəsində yerləşən Laçın rayonunun Zerti kəndindəki “Laçın” İstirahət Kompleksi bölgənin turizm potensialını əks etdirən müasir istirahət mərkəzi olmaqla yanaşı, həm də işğaldan azad edilmiş ərazilərin bərpası və regionda turizmin inkişafına xidmət göstərən mühüm layihələrdən biridir.