Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul olunmuş 5 tondan çox narkotik vasitə yandırılaraq məhv edilib

29.05.2025 [18:39]

Xəbərin mətni

Mayın 29-da Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi 101A ünvanında yerləşən “Bakı Neft Maşınqayırma Zavodu” MMC-nin inzibati ərazisində 2 min 397 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul olunmuş 5 ton 94 kiloqram 323.346 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddələr yandırılaraq məhv edilib.