“Aşağı Malıbəy” və “Mirik” SES-lərdə il ərzində 20 milyon kilovat-saat yaşıl enerji istehsal olunacaq
29.05.2025 [20:37]
Xəbərin mətni
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında hidro yaşıl enerji layihələri sayəsində bu günədək istismara verilən 32 və artıq istismara hazır olan 6 stansiyanın işə salınması nəticəsində su elektrik stansiyalarının sayı 38-ə, onların gücü isə 307 MVt-a çatdırılıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, su elektrik stansiyalarında istehsal olunan yaşıl enerji hesabına illik 200 milyon kubmetrədək təbii qaza qənaət edilir və 400 min tonadək karbon qazı emissiyasının atmosferə atılmasının qarşısı alınır.