Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dövlət Komitəsinin sədri: Keçən il ölkəmizdə nikahların sayı azalıb

30.05.2025 [17:26]

Xəbərin mətni

Ötən il 18 yaşınadək analar tərəfindən doğulan uşaqların sayında azalma müşahidə edilib. Bu rəqəm 2023-cü ildə 1742 nəfər, 2024-cü ildə 1279 olub. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Milli Məclisin mayın 30-da keçirilən iclasında müzakirəyə çıxarılan Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2024-cü ildə fəaliyyəti haqqında məlumatı təqdim edərkən deyib.