Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bahar Muradova: 2024-cü ildə 21 kişiyə mühafizə orderi verilib

30.05.2025 [17:28]

Xəbərin mətni

Ötən il zərər çəkmiş şəxslərə 325-i qısamüddətli, 34-ü uzunmüddətli olmaqla ümumilikdə 359 mühafizə orderi verilib. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Milli Məclisin mayın 30-da keçirilən iclasında müzakirəyə çıxarılan Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2024-cü ildə fəaliyyəti haqqında məlumatı təqdim edərkən deyib.