Muxtar Babayev: COP29 Sədrliyi regional təlim mərkəzlərinin tərəfdaşlıq platformaları kimi yaradılması təklifini alqışlayır
31.05.2025 [20:19]
Qlobal istiləşməni məhdudlaşdırmaq üçün atılan beynəlxalq addımlar artıq real nəticələr verməkdədir. Paris Sazişindən əvvəl dünya dörd dərəcəlik istiləşmə istiqamətində irəliləyirdi. Bu gün isə proqnozlar üç dərəcədən az istiləşməyə işarə edir. Mütəxəssislər bildirirlər ki, bu, beynəlxalq iqlim razılaşmaları və həyata keçirilən konkret tədbirlərin nəticəsidir. Bu barədə Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un prezidenti Muxtar Babayev Tacikistanın paytaxtı Düşənbə şəhərində “Buzlaqların qorunması” üzrə birinci yüksəksəviyyəli beynəlxalq konfrans çərçivəsində keçirilən “Buzlaq proqnozları və emissiyalar – 1,5°C emissiya ssenariləri nə qədər qoruya bilər?” mövzusunda sessiyada çıxışında deyib.