Rəna Nəsirova-Mustafayeva: Bu gün səhnəmizin ifaçıları bizim istedadlı uşaqlarımızdır
01.06.2025 [16:28]
Xəbərin mətni
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün balacaları təbrik edirik. Hər bayram olduğu kimi bu bayram da İçərişəhərdə böyük sevinc və coşqu ilə qeyd olunur. Şəhərin hər bir guşəsində uşaqların sevinc dolu səsləri gəlir. Bu gün səhnəmizin ifaçıları bizim istedadlı uşaqlarımızdır. Bunu AZƏRTAC-a açıqlamasında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbərinin müavini Rəna Nəsirova-Mustafayeva deyib.