Azərbaycan Dövlət İnformasiya Agentliyi

Maqnit qasırğası zamanı nələrə diqqət etməliyik?

02.06.2025 [17:40]

Xəbərin mətni

Baş ağrısı, yuxusuzluq, qan təzyiqinin dəyişməsi, ürək ritminin pozulması, əhvali-ruhiyyədə eniş, əsəbilik. Son günlər ətrafımızdan eşitdiyimiz bu şikayətlərin səbəbi Günəşdə baş verən dəyişikliklərdir. Bu gün səhər saatlarında orta coğrafi enliklərdə 10 ballıq şkala ilə 6 ballıq maqnit qasırğası olub.