Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konsert keçirilib
02.06.2025 [22:54]
Xəbərin mətni
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konsert proqramı keçirilib. AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilib. Konsert proqramı Şüvəlan qəsəbə Mədəniyyət Evinin nəzdində fəaliyyət göstərən “Səma” rəqs ansamblı tərəfindən təqdim olunub.