Sabirabadda yanğında ölənlərin kimliyi bilinib
04.06.2025 [12:00]
Xəbərin mətni
Sabirabadda baş verən yanğın zamanı ölənlər bir ailənin üzvü olublar. Muğan Gəncəli kənd sakini Bahar Niyazovaya məxsus fərdi yaşayış evində baş verən yanğın zamanı 1989-cu il təvəllüdlü İmanov Tural Ağasəf oğlu, 2002-ci il təvəllüdlü İmanova Safalı Qorxmaz qızı, 2020-ci il təvəllüdlü İmansoy Osmanbəy Tural oğlu və 2024-cü il təvəllüdlü İmansoy Esma Tural qızı ölüblər. Hadisə zamanı ev sahibi və digər oğlu xilas olub.