Azərbaycan Dövlət İnformasiya Agentliyi

AQTA sədrinin müavini: Hər il təxminən 600 milyon nəfər qida mənşəli xəstəliklərə yoluxur

04.06.2025 [14:30]

Xəbərin mətni

Təhlükəsiz qida həyatın davamlılığı və insan sağlamlığının qorunması üçün əsas şərtlərdən biridir. Statistika göstərir ki, hər il təxminən 600 milyon nəfər qida mənşəli xəstəliklərə yoluxur. Təqribən 420 min insan isə təhlükəli və ya çirklənmiş qidanın istehlakı nəticəsində həyatını itirir. Xüsusilə 5 yaşdan kiçik uşaqlar bu təhlükədən daha çox əziyyət çəkirlər. Onlar qida mənşəli xəstəliklərdən əziyyət çəkənlərin 40 faizini təşkil edir və hər il təxminən 125 min uşaq bu səbəbdən dünyasını dəyişir. Bu fikirləri Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Zəkiyyə Mustafayeva ADA Universitetində keçirilən “Ümumdünya Qida Təhlükəsizliyi Günü Konfransı - Elm fəaliyyətdədir" adlı konfransda deyib.