Azərbaycan Dövlət İnformasiya Agentliyi

Alman professor: Berlindəki konfrans Türk Dünyasının irsi ilə yaxından tanış olmaq üçün əla fürsətdir

04.06.2025 [16:37]

Xəbərin mətni

Türk Dünyasının dünya elminə və mədəniyyətinə töhfələrinə dair konfransın Berlində keçirilməsi türk xalqlarının mədəniyyəti ilə daha yaxından tanış olmaq və öyrənmək üçün əla fürsətdir. Tədbirin Berlində təşkili bu baxımdan xüsusilə əhəmiyyətlidir. Bu barədə almaniyalı türkoloq alim, professor Peter Zieme Türk Dünyasının dünya elminə və mədəniyyətinə töhfələrinə dair Berlində keçirilən beynəlxalq konfransla bağlı jurnalistlərə müsahibəsində deyib.