Lənkəran təbiətinin gözəli – Xanbulan gölü
05.06.2025 [12:22]
Xəbərin mətni
AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikası: Növbəti ünvan Lənkəranın Xanbulan gölüdür. Xanbulan gölü Lənkəranın cənub-şərq hissəsində, dağətəyi meşəliklər arasında yerləşir. Əsrarəngiz təbiəti ilə seçilən bu yer, əslində süni yaradılsa da, zaman keçdikcə ətraf mühiti ilə elə vəhdət təşkil edib ki, sanki minilliklərdir mövcud olub. Xanbulanın ən dərin yeri 75 metr, su anbarının tutumu isə 52 milyon kubmetrdir.