Natalia Bayona: Bakını çox sevirəm, burada ənənə və müasirlik birləşir
05.06.2025 [15:57]
Xəbərin mətni
Bakıda olmağımdan çox məmnunam. Artıq ikinci dəfədir ki, icraçı direktor qismində bu gözəl şəhərdə oluram. Bakını çox sevirəm. Doğrudan da, ənənələr və müasirlik burada görünməkdədir və digər tərəfdən Azərbaycanın çox böyük üstünlüyü var. Ona görə ki, Azərbaycanda əhalinin 23 faizi gənclərdən ibarətdir. Bu da turizm potensialının çox yüksək olması deməkdir. Çünki gələcəyin turizmi etibar, sosial dayanıqlıq, o cümlədən müasirlik üzərində qurulub. Bu fikirləri jurnalistlərə Bakıda BMT Turizmin Avropa üzrə Regional Komissiyasının 71-ci iclasında iştirak edən Ümumdünya Turizm Təşkilatının icraçı direktoru Natalia Bayona deyib.