Şeyxülislam: Bu gün Azərbaycanda dinlər və məzhəblər arasında heç bir münaqişə yoxdur
06.06.2025 [11:38]
Xəbərin mətni
Ən müqəddəs bayramlardan olan Qurban bayramı birlik, qardaşlıq dostluq bayramıdır. Qurban bayramı münasibətilə qılınan bayram namazında iki məzhəbdən olan insanlar birlikdə ibadət etdilər. Bu, Azərbaycan reallığıdır. Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Təzəpir məscidində qılınan bayram namazından sonra jurnalistlərə açıqlamasında deyib.