“Made in Azerbaijan”: Qusar bağlarından Rusiya və ərəb ölkələrinədək REPORTAJ
10.06.2025 [11:25]
Xəbərin mətni
Ölkəmizin sosial-iqtisadi inkişaf dinamikasında regionların payı ilbəil artmaqdadır. Bölgələrdə yaradılan çoxsaylı müasir iri meyvəçilik təsərrüfatlarının fəaliyyətə başlaması əhalinin məşğulluğunu təmin etməklə yanaşı, regionların potensialından düzgün istifadə mexanizmlərini də üzə çıxarır. Bu baxımdan məhsuldar bağların salınması ərzaq təhlükəsizliyinin təmin edilməsində və ixracın artırılmasında mühüm rol oynayır.