Ağstafada ilk dəfə olaraq qulançar təsərrüfatı yaradılıb
07.06.2025 [12:00]
Xəbərin mətni
Artıq dünyada yüz ildən çoxdur ki yabanı halda bitən qulançar bitkisi hibridləşdirilib və mətbəxə daxil edilib. Ölkəmizdə də bu istiqamətdə nəzərəçarpan addımlar atılmaqdadır. Belə ki, idxaldan asılılığı aradan qaldırmaq və qeyri-ənənəvi bitkiçiliyi inkişaf etdirmək məqsədilə Ağstafa rayonunda ilk dəfə qulançar bitkisinin əkininə başlanıb.