Çinin xarici işlər naziri: Sivilizasiyalararası dialoq dostluq körpüsüdür
10.06.2025 [14:49]
Xəbərin mətni
Bu il iyunun 10-da biz ilk dəfə BMT tərəfindən təsis edilmiş Beynəlxalq Sivilizasiyalararası Dialoq Gününü qeyd edirik. Mən bu əlamətdar günü dünyanın hər yerindən gələn dostlarımla qeyd etməkdən məmnunam. Bu fikirlər Çinin Azərbaycandakı səfirliyində Beynəlxalq Sivilizasiyalararası Dialoq Gününün birinci dəfə qeyd edilməsinə həsr olunmuş tematik tədbirdə Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, xarici işlər naziri Van Yinin videomüraciətində yer alıb.