“Bakı payızı” və “Yeni dalğa”nın Kembricdə təhsil alan qalibi
12.06.2025 [21:06]
Xəbərin mətni
Azərbaycanlı gənc Anar Ağayev həm musiqidə, həm də maliyyə sahəsində parlaq uğurlar qazanmaqdadır. O, hazırda dünyanın ən nüfuzlu ali məktəblərindən olan Kembric Universitetində maliyyə ixtisası üzrə magistratura təhsili alır. Eyni zamanda, peşəkar musiqi fəaliyyəti ilə tanınır, “Bakı payızı” və “Yeni dalğa” kimi nüfuzlu müsabiqələrin qalibi olub. O, AZƏRTAC-ın London bürosuna müsahibəsində həm təhsil, həm musiqi, həm də bu iki sahəni necə bir arada uğurla davam etdirməsi ilə bağlı fikirlərini bölüşüb.