“Əqrəb mövsümü”nün İngiltərədə təhsil alan gənc aktyoru ilə MÜSAHİBƏ
13.06.2025 [17:42]
Xəbərin mətni
Son illərdə Azərbaycanın kino sahəsində canlanma müşahidə olunur. Gənc rejissorlar, ssenaristlər və aktyorlar bu sahəyə yeni nəfəs gətirir. Bu yaradıcı simalardan biri də “Əqrəb mövsümü” serialında rol alan və hazırda Böyük Britaniyada film və televiziya prodüserliyi üzrə təhsilini davam etdirən gənc azərbaycanlı Arif Mövsümovdur. O, həm aktyorluq, həm prodüserlik sahəsində uğur qazanmaq niyyətindədir.