Azərbaycan Dövlət İnformasiya Agentliyi

Eşqi Bağırov: Sertifikasiya imtahanlarında 22 min müəllimin iştirakı nəzərdə tutulur

14.06.2025 [13:19]

Xəbərin mətni

Sertifikatlaşdırma prosesinə hazırlıq yekunlaşmaq üzrədir. Sertifikatlaşdırma prosesinin nəticələri onu deməyə əsas verir ki, qarşıya qoyulan hədəflərə nail olunur. Növbəti həftə keçiriləcək imtahanlarda təxminən 22 min nəfər müəllimin iştirakı nəzərdə tutulur. AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.