Azərbaycan Dövlət İnformasiya Agentliyi

COP30-un İqlim dəyişikliyi üzrə çempionu: COP29 sədrliyi ilə birlikdə daha qayğıkeş dünya üçün çalışmalıyıq

17.06.2025 [15:15]

Xəbərin mətni

Mən, COP30-un İqlim dəyişikliyi üzrə çempionu kimi, xüsusilə Qlobal Cənubda qaradərili qadınlar, gənclər və uşaqlar da daxil olmaqla, bütün gəncləri iqlim dəyişikliyi ilə mübarizədə birləşdirməyi hədəfləmişəm. Bu, sabahın deyil, elə bu günün problemidir. COP30 real tətbiqin COP-u olmalıdır. Bunu Braziliyada keçiriləcək COP30-un İqlim dəyişikliyi üzrə çempionu Marcella Oliveira Almaniyanın Bonn şəhərində təşkil olunan BMT-nin İqlim üzrə Subsidiar Orqanların 62-ci Sessiyası (SB62) çərçivəsində deyib.