Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fərhad Abdullayev: Konstitusiya Məhkəməsi ilə Ombudsman təsisatı arasındakı qarşılıqlı münasibətlər böyük əhəmiyyət kəsb edir

18.06.2025 [15:02]

Xəbərin mətni

Cəmiyyətdə insan hüquqlarının müdafiəsini təmin etmədən qanunun aliliyinə nal olmaq mümkün deyil. Həmçinin qanunun aliliyi effektiv şəkildə təmin olunmadan insan hüquqlarının müdafiəsinin təmin edilməsi də mümkün olmur. Qanunun aliliyi insan hüquqlarının həyata keçirilməsi mexanizmi ilə bilavasitə bağlıdır. Qanunun aliliyinin təmin edilməsi iqtisadi, sosial və mədəni hüquqların milli konstitusiyalarda, qanunlarda ehtiva edilməsinin vacib elementidir. Müəllifi Ulu Öndər Heydər Əliyev olan Azərbaycan Respublikası Konstitusiyasının ən böyük fəsli də bütövlükdə məhz insan və vətəndaş hüquq və azadlıqlarına həsr edilib. Bu sözləri Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Bakı şəhərində keçirilən Ombudsmanların Beynəlxalq Simpoziumunda söyləyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI