Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağdama səfər edən Serbiyanın səfiri: Azərbaycan dövlətini qısa müddətdə yüksək səviyyəli işlərin öhdəsindən gələ bildiyi üçün təbrik edirəm

21.06.2025 [18:05]

Xəbərin mətni

Mən ilk dəfə 2021-ci ilin iyun ayında burada olmuşam. İndi bu əraziləri tanımaq mümkün deyil. Burada bəzi xarabalıqlardan başqa ətrafda heç nə yox idi. İndi biz insanı heyran edən bir şəhər görürük. Bu ərazilərdə dövlətinizin həyata keçirdiyi işlərin nəticələrini görmək inanılmaz xoşdur. Mən Azərbaycan dövlətini qısa müddətdə yüksəksəviyyəli işlərin öhdəsindən gələ bildiyi üçün təbrik edirəm. Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında diplomatik korpus nümayəndələrinin işğaldan azad edilən Ağdama səfəri zamanı Serbiyanın səfiri Draqan Vladisavljeviç söyləyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI