Hörmüz boğazının bağlanmasının dünya iqtisadiyyatına hansı təsirləri ola bilər?
24.06.2025 [17:55]
İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib. Yekun qərar isə İranın Milli Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilməlidir. Bu xəbər bütün dünyada ajiotaj yaradıb. Baş verənlər çoxlarında belə bir sual yaradıb: İran Hörmüz boğazını bağlaya bilərmi?