Azərbaycan Dövlət İnformasiya Agentliyi

Aleksandr Vatan: Azərbaycanlılarla bağlı araşdırmaların davam etdirilməsi vacibdir

27.06.2025 [15:47]

Xəbərin mətni

“26 İyun- Silahlı Qüvvələr Günündə 80 il əvvəl İkinci Dünya müharibəsində faşizm üzərində qələbədə azərbaycanlıların qəhrəmanlıqlarını xatırlayırıq. Səfir Leyla Abdullayeva Fransanın azadlığı uğrunda qəhrəmanlıq göstərmiş azərbaycanlıların rəşadətini əks etdirən sərgi fikrini mənə bildirdi. Mən də bu sərginin təşkilində iştirak etdim. Burada yalnız qəhrəman Əhmədiyyə Cəbrayılovun deyil, digər minlərlə azərbaycanlılardan bəzilərinin keçdiyi döyüş yollarını əks etdirən materiallar topladıq”. Bu fikirləri Parisdə Fransa Müqavimət Hərəkatında bu ölkənin azadlığı və müstəqilliyi uğrunda mübarizə aparmış azərbaycanlıların xatirəsinə həsr edilmiş foto-sərginin təşkilatçısı fransız tarixçi Aleksandr Vatan AZƏRTAC-a müsahibəsində deyib