Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” adlı III gənclər düşərgəsi açılıb
27.06.2025 [17:02]
Xəbərin mətni
İyunun 27-də Gənclər və İdman Nazirliyi, Qərbi Azərbaycan İcması, Bakı Dövlət Universiteti, “ASAN Könüllüləri” Təşkilatı və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Quba rayonunda keçirilən “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” III gənclər düşərgəsinin açılışı olub.