Keçmiş məcburi köçkün: Doğma yurda qayıtmaq xoşbəxtlikdir
30.06.2025 [11:37]
Xəbərin mətni
“Doğma yurda qayıtmaq, illərlə həsrətini çəkdiyim torpaqlara ayaq basmaq mənim üçün böyük xoşbəxtlikdir. Daha da sevindirici hal odur ki, orada sakinlər üçün yüksək səviyyədə şərait yaradılıb. Dövlətimizin diqqəti və qayğısı hər yerdə hiss olunur”. AZƏRTAC xəbər verir ki, bu sözləri Ağdam rayonunun Kəngərli kəndinə köç edən keçmiş məcburi köçkün Allahverdi Rüstəmov deyib.