Ağdamın Kəngərli kəndində daha 37 ailəyə evlərinin açarları təqdim edilib
30.06.2025 [15:17]
Xəbərin mətni
İyunun 30-da doğma yurduna yola salınan köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu mərhələdə köçürülən 153 nəfərdən ibarət 37 ailəyə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim olunub.