Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ödənişli yolda minik avtomobili aşıb

01.07.2025 [15:41]

Xəbərin mətni

Bakı-Quba-Rusiya Federasiyası sərhədi ödənişli avtomobil yolunda minik avtomobili aşıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Sumqayıt şəhər sakini Əzimə İmanovanın idarə etdiyi "Changan" markalı avtomobil yolun Xaçmaz rayonu ərazisindən keçən hissəsində qəzaya uğrayıb. Sürücünün idarəetməni itirməsi nəticəsində dəmir maneələrə çırpılan maşın aşıb.