Qazaxıstan nümayəndəsi: Gənclər qlobal çağırışların həllində fəal iştirak etməlidirlər
01.07.2025 [17:26]
Xəbərin mətni
Qazaxıstanı Ağdamda İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Həftəsi çərçivəsində keçirilən İƏT-in Gənclər Forumunda təmsil etməkdən qürur duyuram. AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyinin Gənclər və ailə məsələləri komitəsinin nümayəndəsi Almagül Kutanova Ağdamda İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Həftəsi çərçivəsində İƏT-in Gənclər Forumunda deyib.