Sabunçuda narkotiklərin satışı ilə məşğul olan 5 nəfər saxlanılıb
03.07.2025 [11:52]
Xəbərin mətni
Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 14-cü polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirlər zamanı 44 yaşlı Samirə Rüstəmova, 36 yaşlı Bayram Feyziyev, 28 yaşlı Yaşar Əhmədov, 44 yaşlı Elbəyi Çərkəzov və 41 yaşlı Saleh Mirməmədov saxlanılıblar.