Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda evlərdən oğurluq edən şəxslər saxlanılıblar

03.07.2025 [17:03]

Xəbərin mətni

Paytaxtın Binəqədi rayonunda tikintisi tamamlanmayan 8 evdən oğurluq edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə qabaqcadan əlbir olaraq talama cinayətini törədən şəxslər - 33 yaşlı Rövşən Cavadov və tanışı 38 yaşlı Elvin Aliyev saxlanılıblar.