Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qarabağ növbəti mühüm tədbirə ev sahibliyi edəcək

03.07.2025 [17:05]

Xəbərin mətni

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. ECO-nun 17-ci Zirvə görüşünün Azərbaycanda baş tutacaq olması ölkəmizin qurum çərçivəsində artan rolunun və fəallığının təsdiqidir. Sammitin Qarabağın mərkəzi Xankəndidə keçirilməsi bölgənin beynəlxalq diplomatik arenaya çevrilməsindən xəbər verir və bölgənin inkişafına beynəlxalq diqqət cəlb edir. Bu tədbir Azərbaycanın regional inteqrasiya proseslərində fəal iştirakını daha da gücləndirməklə yanaşı, ölkənin beynəlxalq miqyasda diplomatik və iqtisadi mövqeyinin möhkəmlənməsinə də mühüm töhfə verəcək.