Azərbaycan Dövlət İnformasiya Agentliyi

Londonda Trans-Xəzər konnektivliyi üzrə strateji əməkdaşlıq müzakirə olunub

03.07.2025 [20:33]

Xəbərin mətni

Londonda Xəzər Siyasət Mərkəzinin Trans-Xəzər bağlantısına dair üçüncü London konfransı keçirilib. AZƏRTAC xəbər verir ki, “İrəliləyişi gücləndirmək, sinerjini inkişaf etdirmək” adlı tədbirdə Mərkəzi Asiya, Cənubi Qafqaz və Türkiyənin artan regional əlaqələri, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı fonunda ortaya çıxan iqtisadi, ticari və strateji imkanlar müzakirə olunub.