Aşura günü qanvermə ənənəsi: İlahiyyat İnstitutunda izdiham və həmrəylik
05.07.2025 [13:29]
Xəbərin mətni
Məlum olduğu kimi, bu gün İslam dünyasında zülmə qarşı boyun əyməməyin, haqq yolunda sonadək mübarizə aparmağın örnəyi olan, insanlara əzmkarlığı aşılayan Aşura günüdür. İradəsi, mübarizliyi və haqq uğrunda son damla qanınadək döyüşməyi ilə seçilən Azərbaycan xalqı bu günü İslam dininin təməl prinsiplərinə uyğun olaraq xeyirxahlıq, ehtiyacı olan insanlara dəstək və humanizm keyfiyyətlərini əks etdirən tədbirlərlə qeyd edir. Artıq bir neçə ildir ki, ölkəmizdə Aşura günündə vətəndaşlar öz qanı ilə digərlərinə həyat bəxş etməyi, onların yaşamaq, cəmiyyətin bir fərdi kimi Vətənə, xalqa fayda vermək amalları uğrunda mübarizəsinə dəstək olmağı seçiblər.