Azərbaycan Dövlət İnformasiya Agentliyi

Britaniyanın ticarət elçisi: Azərbaycanla ticarət və investisiya sahələrində geniş əməkdaşlıq potensialı var

05.07.2025 [19:54]

Xəbərin mətni

Böyük Britaniyanın Azərbaycan və Mərkəzi Asiya üzrə ticarət elçisi, Lordlar Palatasının üzvü Lord Con Alderdays AZƏRTAC-a eksklüziv müsahibəsində iki ölkə arasında ticarət və investisiya sahələrində geniş əməkdaşlıq potensialının olduğunu vurğulayıb. O, xüsusilə nəqliyyat, səhiyyə və təhsil sahələrində əməkdaşlığın genişlənə biləcəyini qeyd edib.