Xıdırlı kəndinin şagirdləri təhsillərini doğma yurdlarında davam etdirəcəklər
06.07.2025 [15:20]
Xəbərin mətni
İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma prosesi çərçivəsində müasir, innovasiyalara əsaslanan təhsil ocaqlarının yaradılmasına xüsusi diqqət göstərilir. İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə açılışı olan Ağdam rayon Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbi bunun daha bir nümunəsidir.