Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xəzər rayonunda 32 yaşlı qadından 10 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

08.07.2025 [12:58]

Xəbərin mətni

Xəzər Rayon Polis İdarəsinin 3-cü polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən növbəti əməliyyat zamanı 1993-cü il təvəllüdlü Svetlana Teymurova saxlanılıb. Onun Binə qəsəbəsində yaşadığı evdən 10 kiloqram 475 qram narkotik vasitə olan marixuana aşkarlanıb.