Əhməd İsmayılov: Azərbaycanda demokratik mətbuatın sürətli inkişafının təmin edilməsi Ümummilli Liderin adı ilə birbaşa bağlıdır
08.07.2025 [14:06]
Xəbərin mətni
Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan mükəmməl media prinsipləri bu gün də dövlətin informasiya siyasətinin məzmununda öz əksini tapmış və aktuallığını qoruyub saxlamaqdadır. Dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanda söz və məlumat azadlığının təmin olunması, demokratik, azad mətbuatın formalaşması, onun hüquqi-normativ bazasının qurulması, iqtisadi müstəqilliyinin təmin edilməsi üçün geniş imkanlar yaranıb. AZƏRTAC xəbər verir ki, bu sözləri Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov iyulun 8-də keçirilən “Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” adlı konfransda çıxışı zamanı deyib.