Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qoşqarçay üzərində bəndlər, Günəş, su və külək enerjisi..

08.07.2025 [19:55]

Xəbərin mətni

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Energetika və elektrik mühəndisliyi kafedrasının professoru Siyasət Məmmədov tərəfindən alternativ enerji resurslarından kompleks istifadə ilə bağlı layihə hazırlanıb. Layihədə Daşkəsən rayonu ərazisindən axan və Kür çayının qolu olan Qoşqarçay üzərində quraşdırılacaq bəndlər və qurğular vasitəsilə Günəş, su və külək enerjisinin birgə toplanaraq istifadə olunması nəzərdə tutulub.