Baş katib: Azərbaycan effektiv, loyal və etibarlı tərəfdaşdır
09.07.2025 [21:12]
Xəbərin mətni
Azərbaycan 2016-cı ildə OPEC+ Əməkdaşlıq Bəyannaməsi imzalanandan bəri bizim üçün çox effektiv, loyal və etibarlı tərəfdaş olub. Zati-aliləri Prezident İlham Əliyevin müdrik rəhbərliyi və göstərişləri ilə energetika naziri bu təşəbbüsdə yaxından iştirak edib və OPEC-ə üzv olmayan digər ölkələrin də bu alyansa qoşulmasında həlledici rol oynayıb. Bunu AZƏRTAC-a açıqlaması zamanı OPEC-in Baş katibi Haysam Əl-Qays rəhbərlik etdiyi beynəlxalq qurumun Azərbaycanla münasibətlərini qiymətləndirərkən deyib.