Azərbaycan Dövlət İnformasiya Agentliyi

Atılan addımlar Azərbaycan-Suriya əlaqələrini yeni səviyyəyə qaldıracaq

12.07.2025 [19:50]

Azərbaycan və Suriya arasında 1992-ci il martın 28-də qurulan diplomatik əlaqələr müəyyən səbəblərdən dolayı 20 il sonra kəsilmişdi. Həmin dövrdə Azərbaycanın Dəməşqdəki diplomatik nümayəndəliyinin fəaliyyətini qeyri-müəyyən müddətdə dayandırması Suriyadakı təhlükəsizlik vəziyyəti və o dövrün mürəkkəb hərbi-siyasi şəraiti ilə əlaqədar olmuşdur. Tarixən Azərbaycanla Suriya arasında yaxşı əlaqələr olsa da, Əsəd rejimi dövründə iki ölkə arasında əlaqələr müəyyən səbəblərdən arzuolunan səviyyədə olmayıb. Təəssüflər olsun ki, Suriyanın əvvəlki rejimi Azərbaycanın ərazi bütövlüyü məsələlərində birmənalı mövqe tutmayıb. Ötən ilin dekabr ayında Suriyada hakimiyyət dəyişikliyindən sonra isə ikitərəfli əlaqələrimiz yeni bir mərhələyə qədəm qoydu.

BÖLMƏNİN DİGƏR VİDEOLARI