Azərbaycan Dövlət İnformasiya Agentliyi

Keçmiş məcburi köçkün: Doğma evə qayıdış illərin həsrətinə son qoydu

14.07.2025 [11:35]

Xəbərin mətni

Doğma yurda - evə qayıtmaqla illərin həsrəti başa çatdı. Bu torpağa dönmək həm mənəvi rahatlıq, həm də böyük sevinc hissidir. Uzun illər bu günü gözləmişdik və nəhayət, gün gəlib çatdı. AZƏRTAC xəbər verir ki, bu sözləri Xocalı rayonunun Xanyurdu kəndinə köç edən Gündüz Qəhrəmanov deyib.