AQTA: Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
15.07.2025 [16:04]
Xəbərin mətni
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Albaniya Respublikasının Elbasan bölgəsində xırdabuynuzlu heyvanların taunu, Yaponiyanın Kyuşu regionunda nodulyar dermatit, Kamboca Krallığının Kampot əyalətində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Bu barədə AZƏRTAC-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.