Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xanyurdu sakini: Prezidentlə görüş heç vaxt unutmayacağım tarixi an oldu

19.07.2025 [17:51]

Xəbərin mətni

“Çox şadam ki, doğma Qarabağa qayıtmışıq. Prezidentimizə minnətdarlığımı bildirirəm. Ona görə ki, bizi torpaqlarımıza qaytardı. Dünən Prezidentimiz burada oldu, sakinlərlə görüşdü, evlərə baxış keçirdi. Allah Prezidentimizi qorusun. Mən fəxr edirəm ki, belə bir Prezidenti olan ölkənin vətəndaşıyam”. Bunu AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Xanyurdu kənd sakini Vüsalə Abbasova söyləyib.