Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hikmət Hacıyev: Şuşa Qlobal Media Forumunda müxtəlif ideyalar və yenilikçi baxışlar formalaşır

20.07.2025 [14:23]

Xəbərin mətni

Şuşa bir zamanlar misli görünməmiş feyk xəbərlərin, təxribatçı məlumatların hədəfi olmuşdur. 1990-cı illərin əvvəllərində, Şuşadan cəmi bir neçə kilometr aralıda, Xocalıda dəhşətli soyqırımı törədilib. Lakin o vaxt bu faciəni işıqlandıran media qurumlarının sayı çox az idi. AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” adlı 3-cü Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı söyləyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI