Vüqar Əliyev: Çağdaş dünyanın ən ciddi problemlərindən olan dezinformasiya ilə üz-üzəyik
20.07.2025 [21:01]
Bir əsrdən çoxdur ki, AZƏRTAC fasiləsiz şəkildə fəaliyyət göstərir. AZƏRTAC 1920-ci ildə Şərqdə o dövrdə yaradılan ilk demokratik dövlət tərəfindən təsis olunub. Həmin dövrdə AZƏRTAC müstəqil ölkənin xəbər mənbəyi kimi cəmi iki ay fəaliyyət göstərib. Lakin xəbər axını sonrakı sovet dövründə də davam edib, ölkəmiz haqqında yüz minlərlə foto və məlumatı özündə əks etdirən dəyərli bir resursa çevrilib. Agentliyin yüzillik tarixinə nəzər saldıqda bu irsin nə qədər qiymətli olduğunu aydın şəkildə görürük. Bu sözləri AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev Şuşa Qlobal Media Forumu çərçivəsində Laçında keçirilən “AZƏRTAC 105: Əməkdaşlığın keçmişi, bu günü və gələcəyi” mövzusunda dəyirmi masada deyib.