“TRT World” telekanalının müxbiri: Bir çox xəbər platforması dəqiqlik prinsipinə riayət etmir
21.07.2025 [12:35]
Xəbərin mətni
Hamımız zaman-zaman onlayn məlumatların düzgün və ya yanlış olması ilə qarşılaşırıq. Təəssüf ki, bu gün hər kəs yayılan məlumatların doğru ilə yalan arasında fərqini anlamaqda çətinlik çəkir. Sosial medianın sürətlə inkişaf etdiyi dövrdə informasiyanı düzgün analiz etmək bacarığı, yəni, media savadlılığı son dərəcə vacibdir. AZƏRTAC xəbər verir ki, bu sözləri Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən "Media savadlılığı informasiya təhlükəsizliyinin təminatı kimi" adlı paneldə “TRT World” telekanalının müxbiri Jaffar Hasnain deyib.