Vanq Delu: 44 günlük müharibədə qazanılan Zəfərdən sonra Qarabağın inkişafı üçün yeni bir yol açılıb
21.07.2025 [13:00]
Xəbərin mətni
Prezident İlham Əliyevin fəaliyyətində səmərəlilik və strateji yanaşma var. Azərbaycan Prezidenti iki gün əvvəl jurnalistlərlə görüş zamanı çox aktual suallara cavab verdi. AZƏRTAC xəbər verir ki, bu sözləri Şuşada keçirilən Qlobal Forumun "Media savadlılığı informasiya təhlükəsizliyinin təminatı kimi" adlı panelində Çin Media Qrupunun Avrasiya Bürosunun baş redaktorunun birinci müavini Vanq Delu deyib.